AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda 29 mart-1 aprel tarixlərində Açıq qapı günləri keçirilmişdir.

01.04.2022 17:09

Açıq qapı günlərində Bakı Dövlət Universitetinin tarix fakültəsinin 1- ci kurs, Xəzər Universitetinin tarix fakültəsinin 3-cü kurs və Azərbaycan İlahiyyat İnstitutunun 3-cü kurs tələbələri iştirak etmişlər.

İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova və Təhsil şöbəsinin müdiri Bahar Qasımlı tələbələrə Tarix İnstitutunda aparılan tədqiqatlar barədə ümumi məlumatlar vermiş, onları elmi-tədqiqat şöbələri ilə, institutun nəşrləri ilə tanış etmişlər.Açıq qapı günlərinin gedişində "Azərbaycan Respublikası tarixi" şöbəsinin müdiri tarix elmləri doktoru Mais Əmrahov, “Orta əsrlər tarixi” şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Nəcəfli, “Beynəlxalq münasibətlər və diaspora tarixi” şöbəsinin müdiri tarix elmləri doktoru Tofiq Mustafazadə, “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi Əzizə Nəzərli tələbələrlə görüşmüş, şöbənin işləri, çap olunan kitablar haqqında tələbələrə geniş məlumat vermişlər. 

Sonda tələbələrə Tarix İnstitutunda nəşr olunan əsərlər hədiyyə olunmuşdur.

Paylaş: