AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutu 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

06.04.2022 12:10

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli, 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertantura təhsili almaq istəyən şəxslər 2022-ci il aprelin 5-dən mayın       5-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) institutun Təhsil şöbəsinə müraciət edə bilərlər. 

AMEA-nın əsas binası, 6-cı mərtəbə, otaq 604

Qeyd: Müraciət üçün tələb olunan sənədlər və plan yerləri barədə aşağıdakı linkdən məlumat ala bilərsiniz:

https://science.gov.az/uploads/pdf/7590_1649059828.pdf

Paylaş: