AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarixçi alimin məqaləsi nüfuzlu jurnalda çap olunub

07.04.2022 10:05

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əhməd Quliyevin “Venice’s knowledge of the Qizilbash – The importance of the role of the Venetian Baili in intelligence – gathering on the Safavids” adlı məqaləsi nüfuzlu “Acta Orientalia Academiae Scientiarum Hungaricae” jurnalında dərc edilmişdir. Sözügedən jurnal “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxildir.

Məqalə müəllifin Avropa Kommissiyasının “Horizon 2020” Mariya Skladovskaya Küri Fərdi Təqaüd Proqramı çərçivəsində Venesiyanın Ka’ Foskari Universitetində 2019-2021-ci illərdə həyata keçirmiş olduğu “SAFVEN-West meets East in Venice: Cross-cultural interactions and reciprocal influences between the Safavids and Venetians” layihəsinin nəticələri əsasında yazılmışdır.

Məqalədə Venesiya Respublikasının İstanbuldakı daimi nümayəndələri - bayloların Səfəvilər dövlətinin ictimai-siyasi və iqtisadi vəziyyətinə, o cümlədən Osmanlı-Səfəvi münasibətləri, münaqişələri, iki dövlət arasında elçilik mübadilələri ilə bağlı Venesiya Senatına XVI əsr və XVII əsrin I yarısında göndərdikləri hesabatlar geniş şəkildə və dövrün yerli mənbələrinin verdikləri məlumatlarla müqayisəli şəkildə tədqiq edilmişdir. 

 

Qeyd edək ki, Əhməd Quliyev Mariya Skladovskaya Küri fərdi təqaüdünü qazanmış ilk azərbaycanlı alimdir.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir


 

Paylaş: