13.04.2022 14:29
Seminarda AMEA-nın Coğrafiya İnstitutunun dissertantı Şakir Qabıssanlı (Həmzəyev). “Qobustan qayaüstü petroqlifləri və Azərbaycan xalça işarələrinin açılmamış sirləri”mövzusunda çıxış etmişdir.O,billdirib ki, tariximizin daş kitabəsi - Qobustan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini əks etdirir. Xalçalar və xalça işarələri dünyanın 17 ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamıza sanki mənəvi yollar açmışdır.
Daha sonra Xəzər Universitetinin dissertantı Xaqani İsmayıl “Şumer tarixinə aktual baxış” mövzusunda məruzə ilə çıxış etmişdir.O, Şumer ilk yazı mədəniyyətinə sahib olan xalq haqqında geniş məlumat vermişdir.
Məruzələr ətrafında müzkirələr aparılmışdır,məruzəçilər mövzu ilə bağlı sualları cavablandırmışdır.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir