AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün AMEA Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) şöbəsinin əməkdaşları 30 illik yubileylərini qeyd ediblər.

18.04.2022 22:32

Bu gün AMEA Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) şöbəsinin əməkdaşları 30 illik yubileylərini qeyd ediblər.

1992-ci ildə yaradılan AMEA Tarix İnstitutunun AXC şöbəsi bu günə qədər bir sıra alimlərin, tədqiqatçıların yetişməsində, tarix elminə töhfə verməsində misilsiz rol oynamışdır.

Yubiley tədbirini giriş sözü ilə açan uzun illərdir şöbəyə rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru Nigar Maksvel Tarix İnstitutunun bu vacib komponentinə çevrilən xalq cümhuriyyəti şöbəsinin keçdiyi elmi-tədqiqat yolundan,Britaniya arxivlərində cumhuriyət üçün olduqca vacib sənədlərlə tanışlığından bəhs edərək maraqlı xatirələrini bölüşdü. Sonra, o, yubiley iştirakçıları arasında olan şöbənin inkişafında xüsusi zəhməti olmuş alim və tədqiqatçıları qeyd etmiş, onlar haqqında ətraflı məlumat verdi..

Daha sonra şöbənin əməkdaşları Vasif Qafarov,Kamran Ismayilov,Natiq Memmedzadə,Aygün Azimova,Rəşad Rüstəmov və qonaqlar Sevda Süleymanova, Firdovsiyyə Əhmədova,Nigar Axundova,Vusale Eliyeva,Rexwende Bayramova,Rahim Hesenov çıxış edərək qeyd etdilər ki, Azərbaycan xalqının tarixində ilk Parlament Respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyavi dövlət nümunəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan Xalqı müstəqilliyi yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdi.

Sonda AXC şöbəsinin son nəşrlərinin sərgisinə baxış keçirilib, ziyafət təşkil olunub.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: