AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşları Respublika elmi-praktiki konfransında iştirak ediblər

21.04.2022 10:22

 

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Respublikasının tarixi” şöbəsinin əməkdaşları aprelin 19-da Bakı Biznes Universitetində “İşğaldan azad edilmiş ərazilərdə sosial işin təşkilində keyfiyyət istiqamətləri” mövzusunda keçirilən Respublika elmi-praktiki konfransında iştirak ediblər.

 Konfransda “Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov “II Qarabağ-Vətən müharibəsinə ictimai-siyasi və mənəvi dəstək”,  şöbənin aparıcı elmi işçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət abidələrinin bərpası”, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev “Qarabağda işğal dövründə mədəniyyət abidələrinin vəziyyəti”,  tarix üzrə fəlsəfə doktoru Gülnaz Mahmudova“Ali təhsilin informatlaşdırılmasının bəzi məsələləri” mövzularında məruzləri dinlənilmişdir. 

 

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: