AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda "Quba şəhərinin toy ədatləri" adlı yeni kitab nəşr olunub.

28.04.2022 11:42

Müəllif Rəxşəndə Babayeva,Tərtib edəni və giriş mətninin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayevadır.

Kitabda Quba rayonunda keçmişdə mövcud olan və nəsildən-nəsiə ötürülərək günümüzə qədər gəlib-çatmış Azərbaycan xalqının milli adət-ənənələrin, ailə məişətinin, oy adətlərinin etnoqrafik cəhətdən öyrənilməsinə, aiə qadının yeri ilə bağlı olan folklor materiallarına dair zəngin materiallar öz əksini tapmışdır. O, kitabda bütün məlumatları, o cümlədən yerli şivənin koloritini, tək-tək adamların dilində səslənən sözlər də olduğu kimi saxlamış, heç bir dəyişiklik etmədən yalnız izahını verməklə tərtib etmişdi. R.Babayeva bu məqsədlə Azərbaycanın bir neçə illər ərzində müxtəlif rayonlarına mütamadi olaraq ekspedisiyalara gedirdi. O, ailə həyatı ilə əlaqədar folklor materiallarını: mahnılar, atalar sözü, məsəllər və s. toplamışdır. Mövzu ilə əlaqədar mürəkkəb (tuşla) və akvarellə çəkilmiş rəsmlər SSRİ EA AzF-nın Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-mədəniyyət şöbəsinin baş rəssamı, elmi işçi Əli Səttar Əlizadə və rəssam Bibixanım Muradova azərbaycanlıların həyatından müxtəlif səhnələr əks olunub. Son illərdə Rəxşəndə Babayeva “Bakının və Abşeronun qədim toy adətləri” monoqrafiyasının üzərində işləmişdir. R.Babayeva Abşeron əhalisinin ailə məişəti, mahnıları, tapmaca, zərb-məsəllərinə dair çoxlu folklor material toplamışdır. Həmin materialların az bir qismi çap olunmuşdur. Azərbaycanın şimal bölgəsinin etnoqrafiyası, eləcə də mövzu ilə bağlı bir çox maraqlı material və tarixi faktlarla oxucular bu kitabda tanış olacaqlar.

Paylaş: