AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda yeni kitab çapdan çıxıb

18.05.2022 12:21

AMEA A.A Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan tarixi coğrafiyası və demoqrafiyası”şöbəsi müdirinin vəzifəsini icra edən, tarix üzrə fəsəfə doktoru Bəxtiyar Əhmədovun “Göyçə mahalı azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar (XX əsr) kitabı çapdan çıxıb

Kitabın elmi redaktoru görkəmli alim, tarix elmləri doktoru,professor Kərim Şükürovdur,elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədovdur,rəyçilər tarix üzrə fəlsəfə doktoru,dosent Hacı Həsənov və tarix üzrə fəlsəfə doktoru,dosent Elmar Məhərrəmovdur

Kitabda Göyçə mahalının tarixi coğrafiyası, inzibati-ərazi bölgüsü, bu bölgədə yaşayan əhalinin etnik tərkibi, həmçinin demoqrafik vəziyyəti barədə məlumat verilir. Eyni zamanda, Göyçə mahalında yaşayan azərbaycanlılara qarşı ermənilərin XX əsrdə törətdiyi qətliam, deportasiya və soyqırımların ictimai-siyasi əsasları tədqiq edilir, hakim dairələrin bölgədə apardığı etnik təmizləmə siyasətinin yaratdığı problemlər araşdırılır.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: