19.05.2022 10:59
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Əliyevşünaslıq"şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlının “İlham Əliyev və Azərbaycanda idmanın tərəqqisi” adlı monoqrafiyası nəşr olunub.
Kitabın elmi redaktoru və ön sözün müəllifi, tarix elmləri doktoru Ədalət Qasımovdur, rəyçisi isə tarix elmləri doktoru Qabil Əliyevdir.
Monoqrafiyada 2003-2020-ci illərdə Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət dəstəyi məsələləri tədqiq edilir.
Kitabda Azərbaycan idmanının hüquqi-normativ və maddi-texniki bazası təhlil olunur, bədən tərbiyəsi və idmanın kütləviləşdirilməsi istiqamətində dövlət siyasətinin əsasları, Azərbaycanın beynəlxalq idman yarışlarında iştirakı və nailiyyətləri, Ümumdünya Olimpiya hərəkatında yeri araşdırılır.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir