AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Fəzlullah Rəşidəddinin “Təsir və Dirçəliş” əsəri azərbaycan dilində çap olunmuşdur.

23.05.2022 12:12

AMEA Tarix İnstitutunda orta əsrlər dövrünün görkəmli alimi, dövlət xadimi, tarixçisi Fəzlullah Rəşiddədinin “Təsir və Dirçəliş” əsərinin fars dilindən tərcüməsi nəşr olunmuşdur.

      

Əsərin fars dilindən tərcüməsi, giriş məqaləsi, şərhlər və terminlərin göstəricisi mərhum tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Budad-Vaqif Piriyevə aiddir.

Əsərdə Azərbaycanın XIII-XIV əsr florasına həsr olunmuşdur. Burada yüzdən çox bağ və bostan bitkilərinin becərilməsi, toxumların mühafizəsi, peyvənd üsulları, ziyanvericilərə qarşı mübarizə və sair elmi-təcrübi məsələlər əks olunmuşdur. Kitab kənd təsərrüfatı tarixi ilə maraqlalnanlar, etnoqraflar və tarixçilər üçün maraqlı qaynaq ola bilər.

Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, rəyçilər isə tarix elmləri doktoru, professor Tofiq Mustafazadə və tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyndir.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: