AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda çıxış etmişdir.

24.05.2022 09:24

Tarix İnstitutunun "Orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi ,tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa Marmara Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun dəvəti ilə onların keçirdiyi "Türk Dünyasının Kadim Şehirleri" adlı beynəlxalq simpoziumda iştirak etmişdir.

17-18 may tarixlərində İstanbulda keçirilən simpoziumda o, “Oğuz türkmən şəhəri: Gəncə” adlı məruzə ilə çıxış etmişdir. Simpoziumda dinlənilən məruzələr “Türk dünyasının qədim şəhərləri” adı altında kitab şəklində nəşr olunacaqdır.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: