AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Antik Albaniya tarixinə dair yeni nəşr

24.05.2022 09:49

AMEA Tarix İnstitutunda qədim Azərbaycan dövləti olan Albaniyanın tarixinə həsr olunmuş “Albaniyanın qərb torpaqları (antik dövr)” adlı kitab nəşr olunmuşdur. Monoqrafiya Azərbaycanın itirilmiş tarixi torpaqlarının araşdırılması baxımından çox əhəmiyyətli mövzuları əhatə edir. Çar Rusiyası dövründən başlayaraq bu günədək Albaniya dövlətinin ərazi tarixi qonşu dövlətlər tərəfindən saxtalaşdırılmış, İberiyadan Xəzər dənizinə, Baş Qafqaz sıra dağlarından Araz çayınadək geniş torpaqları əhatə edən bu dövlətin ərazisi yalnız Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşdırılmışdır. Əsərdə antik qaynaqlara istinadən Albaniyanın qərb sərhədləri yenidən işlənilmiş, ərzinin tarixi coğrafiyası, etnik və siyasi tarixi təhlil edilmişdir.

       

Monoqrafiyanın müəllifi tarix üzrə fəlsəfə doktoru Ellada Abubəkir qızı Bəkirova, redaktor akademik Yaqub Mahmudov, rəyçilər isə tarix elmləri doktoru, professor Qafqar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyevdir.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: