25.05.2022 15:23
Tarix İnstitutunun baş direktoru Kərim Şükürov bildirdi ki, XX əsrin əvvəlləri Azərbaycanın tarixində bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrlə zəngin olmuşdur. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır.Bu tarixi hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.
Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov: Azərbaycan Cümhuriyyətinin tarixi coğrafiyası, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarov: Azərbaycanın dövlətçilik və beynəlxalq əlaqələr tarixi məsələləri milli-demokratik və mühacir ziyalıların irsində, tarix elmləri doktoru,dosent Vaqif Abışov: Cumhuriyyətə aparan yol-Zaqafqaziya Seymi mövzularında geniş məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir