AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı konfransda iştirak edib

31.05.2022 09:36

Sosial-Maarifləndirmə İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qobustan nümayəndəliyinin birgə təşkilatçılığı ilə zoom platforması üzərindən müstəqil Azərbaycanın 104-cü ildönümünə həsr olunmuş "Cümhuriyyət xadimləri, milli-demokratik ziyalılar" adlı görüş keçirilib.

Görüşün qonağı AMEA Tarix Institutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti, Mübariz Ağalarlı Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulması və müstəqilliyimizin elan olunmasından, çətin siyasi vəziyyətdə milli-demokratik ziyalılarımızın gördüyü işlərdən, xarici dövlətlərin ölkəmizdəki maraqlarından və xalqımızın dövlətimizi qorumaq uğrunda keçdiyi keşməkeşli yollardan söz açıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb

Paylaş: