03.06.2022 11:04
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Elmi informasiya və nəşriyyat işləri"şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarovun “TERROR: tarix və siyasət ” adlı monoqrafiyası nəşr olunub.
Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov, rəyçilər tarix üzrə fəlsəfə doktoru Nigar Eyvazova və hüquq üzrə fəlsəfə doktoru Bəhruz Kərimovdur.
Monoqrafiyada terrorun transformasiyası, cəmiyyətdəki duruma və dövlətlərarası münasibətlərə təsiri araşdırılır, problemin etno-psixoloji aspekti və klassik hərb anlayışını dəyişdirən xüsusiyyətləri, yeni forma və məzmun mənimsəməsi məsələləri təhlil edilir. Tədqiqatın məqsədi terrora qarşı mübarizədə qabaqlayıcı tədbirlərin təşkili və təbliği imkanlarının formalaşdırılmasına və genişləndirilməsinə nəzəri dəstək olmaqdır.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir