10.06.2022 14:56
AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun – xalqımızın sarsılmaz iradəsi, birliyi və qardaş Türkiyənin böyük mənəvi dəstəyi ilə 44 gün davam edən II Qarabağ müharibəsində qazanılan qələbədən bəhs edən “İkinci Qarabağ müharibəsi: Zəfər salnaməsi” (Bakı, “Optimist MMC”, 2022 – 464 s.) adlı kitab işıq üzü görmüşdür.
Kitabın elmi redaktoru tarix elmləri doktoru,professor Mais Əmrahov, rəyçilər tarix elmləri doktoru Ədalət Qasımov və tarix üzrə fəlsəfə doktoru Ədalət Mustfayevdir.
Kitabda, Qarabağın işğaldan azad edilməsinin ölkə, region və dünya üçün əhəmiyyəti, igid oğullarımızın keçdiyi şanlı döyüş yolu izlənilmiş, 10 noyabr və Şuşa Bəyannamələrinin, “Xarı Bülbül” festifalının təsnifatı təhlil edilmiş, müharibədən sonrakı dövrdə Qarabağda aparılan tikinti-quruculuq işləri işıqlandırılmışdır. Kitabın müəllifi “Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, I Qarabağ müharibəsi veteranı Nazim Məmmədovdur.
İctimaiyyətlə əlaqələr şöbəsi
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir