AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün Tarix İnstitutunda iki dissertasiya işinin müdafiəsi keçirildi

10.06.2022 17:11

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutunda Şahmar Umud oğlu Həsənovun 5503.02 – “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şimali Azərbaycanda Rusiya Kommersiya Banklarının fəaliyyəti (XIX-XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

Daha sonra Ilham Hacıbaba oğlu Əlizadənin 5503.02 – “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Heydər Əliyevin neft strategiyasının reallaşmasında BP və tərəfdaşlarının iştrakı və rolu (1994-2013-cü illər)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi.

İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

                              

                      

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

 

 

 

Paylaş: