13.06.2022 12:59
AMEA A.A Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu Öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə ölkədə böhrana son qoyaraq Azərbaycanın parlaq gələcəyinin əsasını qoyub.
Həmçinin ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən söz açan alim Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən də bəhs edib.
Daha sonra Tarix institutunun əmədaşları çıxış edərək bu əlamətdar günlə bağlı fikirlərini bildiriblər.Qeyd ediblər ki,15 iyun Azərbaycan xalqı üçün şərəfli tarixin bayram günüdür: Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə uçuruma yuvarlanmaqdan qurtulub. Azərbaycan tarixində dönüş nöqtəsi yazmış bu hadisə ölkə elmini ,gəncliyini, gələcəyini də məhv olmaqdan xilas edib.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir