AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı iyun ayının 9-10 tarixlərində Kazan şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

16.06.2022 16:09

AMEA A.A Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova Tatarstan Respublikasının paytaxtı Kazan şəhərində Rusiya Dövlət Dumasının MDB üzrə Avrasiya İnteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi,Tatarstan Respublikası Dövlət Şurası,Tatarstan Respublikası Elmlər Akademiyası,Tatarstan Respublikası İqtisadi Cəmiyyəti və Müasir İqtisadiyyatın problemləri” jurnalının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak edib.

Aypara Rüstəmova “Tuqan Tel Tatar Mədəniyyəti Cəmiyyəti Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında münasibətlərin inkişaf faktoru kimi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də Rusiya Federasiyasının subyektləri ilə qarşılıqlı əlaqələrə həsr olunmuşdur. Məruzədə Azərbaycanın Rusiya Federasiyasının Tatarıstan Respublikası ilə əlaqələrindən, Azərbaycanın tatar icması və “Tuqan Tel” Tatar Mədəniyyəti Cəmiyyətinin fəaliyyətindən bəhs edilir.

                 

Paylaş: