AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə yeni kitab çapdan çıxıb

28.06.2022 15:19

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qədim tarix” şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru,dosent Əlimirzəyev Allahverdinin “Ön Asiyanın mixi yazı sistemləri və relikt dilləri” adlı monoqrafiyası nəşr olunub.

Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Rauf Məlikovdur.

Kitab Yaxın və Orta Şərqdə mövcud olmuş primitiv informasiya ötürücülərinin təkamülü nəticəsində meydana gələn qədim yazı sistemlərinə həsr edilib.Əsərdə 3000 il ərzində mixi işarələrlə gil kitabələrə əks olunmuş Şumer,Akkad,Elam,hurri,biayni kimi relikt dillər haqqında məlumatlar verilib.Bəşəriyyətin və tariximizin ilk yazılı dövrü bu dillərdə tərtib edilmiş mənbələrdə əks olunub.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: