AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Qafqazda ilk respublikalar (1918-1921)” adlı kollektiv monoqrafiya nəşr olunub

30.06.2022 15:15

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının “Qafqazda ilk respublikalar (1918-1921)” adlı kollektiv monoqrafiyası nəşr olunub.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor İradə Bağırova, rəyçiləri tarix üzrə fəlsəfə dokoru, dosent Hacı Həsənov və tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevdir.

Monoqrafiyada Rusiya imperiyası dağılandan sonra Qafqazda ilk müstəqil dövlətlərin yaranması, onların fəaliyyəti və süqutu problemləri tədqiq olunur. Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlılar və Qars respublikaları arasındakı əlaqələrin tarixi  araşdırılır, Azərbaycan tarixşünaslığında az öyrənilən Don və Kuban respublikalarının yaranma səbəbləri və fəaliyyəti təhlil edilir.

 

Paylaş: