AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü YAP Səbail rayon təşkilatında qeyd edilib

05.07.2022 12:39

Tədbirdə Tarix İnstitutunun əməkdaşı Mübariz Ağalarov iştirak edib.

Müasir Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 104 illik şərəfli yol barədə geniş çıxış edən tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov ümummilli lider Heydər Əliyevin “Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir”, - sözlərini xatırladaraq, bunu tarixdən çıxan qənaət adlandırdı, gəncliyimizin bu gün hərbçi sənətinə can atdığını da həmin qənaətlə şərtləndirib. Prezident İlham Əliyevin iki il əvvəl qazanılan həyati əhəmiyyətli Zəfər barədə dedikləri bütün fikirlərin mayasında Azərbaycan Silahlı Qüvvələrinə xalqın böyük inamının dayandığını qeyd edən Muxtar Nağıyev Ali Baş Komandanın ötən il iyunun 26-da etdiyi paylaşımı xatırlatdı: “Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ordumuz öz tarixi missiyasını yerinə yetirdi”.

Tədbirin bədii hissəsində rayon ərazisində yerləşən musiqi və ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında bədii qiraət və musiqi nömrələri təqdim edilib.

Paylaş: