08.07.2022 12:22
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Britaniya Milli Arxivinin Cənubi Qafqazla bağlı olan sənədlərinin növbəti 2 toplusu ingilis və rus dillərində nəşr olunmuşdur.
Sənədlər toplusunun hər iki cildinin layihə rəhbəri və önsözün müəllifi “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Maksvelldir. Toplunun rus dilində olan cildinin tərcüməsi şöbənin əməkdaşı Əsəd Mirqasımova, redaktəsi Nigar Maksvellə məxsusdur. Sənədlər Cənubi Qafqazın 1918-1920-ci illər tarixinə dair çox qiymətli məlumatları ehtiva edir.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir