AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Məsləhətçisi Kərim Şükürovun olduğu film tamaşaçılara təqdim olunub

07.09.2022 15:52

Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşa tarixi ingilis dilində” adlı layihənin icrasına başlayıb.

Sözügedən agentliyin maddi dəstəyi ilə “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film hazırlanıb. İctimai Televiziyanın bazasında çəkilən film artıq tamaşaçılara təqdim olunub. Şuşa şəhərinin əsasının qoyulmasına həsr edilmiş film bu tarixə arxiv sənədləri, dünyaca məşhur yazıçı və tarixçilərin əsərləri əsasında işıq salır.

Şuşanın dağları başı dumanlı” filminin mətninin BBC televiziyasının məşhur aparıcılarından birinin səsləndirməsi planlaşdırılır.

Filmin ssenari müəllifi, jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov,məsləhətçisi isə professor Kərim Şükürovdur.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: