12.09.2022 15:20
Kitabın elmi redaktoru akademik Yaqub Mahmudov,rəyçilər tarix elmləri doktoru,professor Şahin Fərzəliyev,tarix elmləri doktoru,dosent Tofiq Nəcəflidir.
Kitabda İrəvan əyalətinin 1727-ci il tarixli müfəssəl təhrir dəftərinin qismən tərcümə və transliterasiyası təqdim olunur.Bu tarixi sənəd XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin Azərbaycanın şimal-qərb vilayətlərini öz hakimiyyəti altına aldığı dönəmdə tərtib olunmuşdur.İrəvan əyalətinin sosial-iqtisadi,demoqrafik və toponimik mənzərəsini əks etdirən bu Osmanlı qaynağının nəşrindən mütəxəssislər və Azərbaycan tarixi ilə maraqlanan oxucular faydalana bilərlər.
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir