14.09.2022 16:27
14 sentyabr 2022-ci il tarixində AMEA A.A.Bakıxanov adınaTarix İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İmtahan prosesi AAK-nın tələblərinə uyğun olaraq təşkil olunmuş, müvafiq ixtisaslar üzrə komissiya üzvləri imtahan prosesini izləmişdir. Xarici dil və fəlsəfə imtahanlarından uğurla keçmiş 7 nəfər iddiaçı “Vətən tarixi”, “Ümumi tarix”, “Beynəlxalq münasibətlər tarixi” ixtisasları üzrə təqdim olunan test tapşırıqlarını verilən vaxt ərzində həll edərək təqdim etmişlər. İddiaçiların imtahan nəticələrini komissiya üzvləri yaxşı və əla qiymətlərlə qiymətləndirmişdir.