20.09.2022 13:52
İnstitutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, tanınmış tarixçi Rəşad Rüstəmov dünən gecə dünyasını dəyişmişdir. Rəşad Rüstəmov 1994-cü ildə Tarix
İnstitutunda fəaliyyətə başlamış, 2013-cü ildə “Azərbaycan Cənubi Qafqaz dövlətçiliyi sistemində (1917–ci ilin fevralı–1918–ci ilin mayı)” adlı dissertasiya işi ilə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. O, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tanınmış mütəxəssislərindən biri idi və bu mövzu ilə bağlı çox sayda elmi əsərin müəllifi idi. Rəşad Rüstəmov həmişə özünün təvazökarlığı və mehribanlığı ilə seçilmiş, həmkarlarının dərin rəğbət və hörmət hissini qazanmışdır.
Tarix İnstitutunun bütün kollektivi, həmkarları Rəşad Rüstəmovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və bildirir ki, onun əziz xatirəsi iş yoldaşlarının qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin