AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun Elmi şurasının qərarı ilə yeni kitab çapdan çıxıb

21.09.2022 10:04

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikası tarixi şöbəsinin aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru,dosent Tamilla Kərimova-Kocayevanın “A.A. Bakıxanov adına Tarix İnstitutunun tarixi”adlı kitab nəşr olunub.

Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru,professor Mais Əmrahov,rəyçilər tarix üzrə elmlər doktoru,professor Vaqif Abışov,tarix üzrə fəlsəfə doktoru ,dosent İlqar Niftəliyevdir.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunun tarixinə həsr olunmuş “ A.A. Bakıxanov adına Tarix İnstitutunun tarixi” kitabı 3 hissədən ibarətdir:I-1920-1935-ci illəri,II-1935-1991-ci illəri, III kitab isə 1991-2020-ci illəri əhatə edir.I kitabda Azərbaycan tarixşünaslığında tarix elminin inkişafı prablemləri ,AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəkkülü və fəaliyyətinin mərhələləri,onun 1920-1935-ci illərdə respublika ictimai -siyasi həyatında və mədəniyyətində rolunun araşdırıldığı ilk sistemli tədqiqatlardan biridir.Arxiv sənədlərinin geniş dairəsinin ,biblioqrafik cəhətdən nadir nüsxəyə çevrilmiş müxtəlif nəşirlərin , eləcə də son illərdə nəşr olunmuş ədəbiyyatın məlumatları əsasında Azərbaycan tarixşünaslığında öz əksini tapmamış,yaxud da az işiqlandırılmış bir sıra problemlər ilk dəfə olaraq tədqiqata cəlb edilmiş və yeni səpkidə işlənilmişdir.

Kitab Azərbaycan tarixi və mədəniyyəti ilə məşğul olan mütəxəssislər,elm təşkilatçıları,humanitar ixtisaslar üzrə təhsil alan tələbələr,Tarix İnstitutunun tarixi ilə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: