27.09.2022 13:10
Tarix institutunda anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir
Dəyirmi masada ilk öncə İkinci Qarabağ müharibəsində-Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tarix institutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Azərbaycanın hərb tarixinə nəzər salmış, Vətən müharibəsində Böyük Zəfərin tarixi rolu və əhəmiyyətindən bəhs etmişdir. Azərbaycanın tarixi qələbədən sonra da Ermənistanın təxribatlar vasitəsilə törətdiyi lokal müharibələrin qarşısını qətiyyətlə alması yüksək dəyərləndirilmişdir. Tarix institutunda Vətən müharibəsinin tarixinə dair geniş tədqiqatlar aparılması qeyd edilmişdir. Bakı şəhər İcra hakimiyyəti və Tarix institutunun birgə hazırladığı "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru (27 sentaybr-10 noyabr 2020-ci il)" kitabının Azərbaycan dili ilə birgə rus və türk dillərində də nəşr edildiyi və oxucular arasında böyük rəğbət qazandığı bildirilmişdir.
Dəyirmi masada tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev, elmi işçi Nigar Camalova və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev çıxış edərək anım gününün önəmindən bəhs etmişdir.
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir
İctimaiyyətlə əlaqələr şöbəsi
27.09.2022