28.09.2022 15:38
Tarix institutunda qismən struktur dəyişikliyi
28 sentyabr 2022-ci il tarixində Tarix institutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. Elmi şurada institutun elmi həyatına aid bir sıra məsələlər, o cümlədən elmi fəaliyyətin optimal təşkili və elmi potensialdan daha səmərəli istifadə məqsədilə qismən struktur dəyişikliyi haqqında qərar qəbul edilmişdir. Bu dəyişikliklər zamanı mövcud strukturun təkmilləşdirilməsi, yeni elmi şöbələrin təşkili ilə birgə, Azərbaycan tarixinin hazırda xüsusi aktuallıq kəsb edən problemləri üzrə elmi qrupların yaradılmasına üstünlük verilmişdir. Elmi şuranın qərarı ilə qəbul edilən qismən struktur dəyişikliyi nəticəsində Tarix institutunda elmi-tədqiqatların aparılması aşağıdakı kimi strukturlaşdırılmışdır:
1. Əliyevşünaslıq şöbəsi;
2. Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq şöbəsi;
3. Qədim dövr tarixi şöbəsi;
4. Atropatena-Albaniya tarixi şöbəsi;
5. Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsi;
6. Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsi.
7. Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsi;
8. Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsi;
9. Sovet dövrü şöbəsi;
10. Azərbaycan Respublikasının tarixi şöbəsi;
11. Azərbaycanın beynəlxalq əlaqələr tarixi;
12. Ümumi tarix şöbəsi.
Bununla eyni zamanda, müvafiq şöbələr daxilində mütəxəssisləri birləşdirən “Qarabağın alban etno-siyasi və mədəni irsi”, “Azərbaycan xalqına qarşı soyqırımı: tarixi və konsepsiyası”; “Azərbaycan diasporunun tarixi”, “Azərbaycanın tarixi coğrafiyası”, “Azərbaycanın tarixi demoqrafiyası”, “Azərbaycanın hərb tarixi”, “Azərbaycan Respublikasının milli siyasəti”, “Ermənistanda Azərbaycan etno-mədəni irsi (1918-ci ildən bizim günlərədək)” adlı elmi qruplar təşkil edilmişdir. Adətən, elmi qurumların strukturları bir dəfə qəbul edilib, ehkam kimi qalmır. Bu nəzərə alınaraq, Tarix institutunun strukturunun modernləşdirilməsi Azərbaycan tarixinin öyrənilməsi qarşısında duran məqsəd və vəzifələrə uyğun olaraq, davam etdiriləcəkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi
28 sentyabr 2022-ci il
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir