06.10.2022 12:04
Sərgidə Tarix İnstitutun stendində 115 adda kitab nümayiş olunur. Nümayiş olunan kitablardan 50-si hədiyyə veriləcək.
Qeyd edək ki, “Şuşa İli”nə həsr edilən 8-ci Beynəlxalq Kitab Sərgisində 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Sərgi çərçivəsində iştirakçılar və ziyarətçilər institutun nəşrləri ilə tanış ola və əldə edə bilərlər.
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir