AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan kitabların təqdimatı keçirilib.

11.10.2022 15:16

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində “Vətən müharibəsi tarixi”, “Bizim böyük qələbəmiz”, “Zəfər memuarları” kitablarının təqdimatı keçirildi. Təqdimatda tanınmış tarixçilər, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Vətən Müharibəsi qaziləri və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi və qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq.

         

Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kitabların mühüm rol oynayacağını qeyd edərək, 44 günlük Zəfər Savaşında Azərbaycan oğullarının göstərdikləri əvəzolunmaz igidliklər haqqında kitabların yazılmasını böyük uğur adlandırmışlar.

Paylaş: