20.10.2022 11:50
İki gün davam edəcək forumda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Latviya, Özbəkistan və Gürcüstandan 104 alim və tədqiqatçı iştirak edir.
Forumun açılış mərasimi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.
Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov adından forum iştirakçılarını salamlayıb, tədbirin işinə uğurlar arzulayıb. Qeyd edib ki, qısa müddətdə yaranmasına və azsaylı kollektivi olmasına baxmayaraq, AMEA-nın müxbir üzvü Musa Qasımlının rəhbərliyi ilə Qafqazşünaslıq İnstitutunun əməkdaşları tərəfindən çoxlu sayda monoqrafiyalar, kitablar, tezislər nəşr olunub, yüksək indeksli jurnallarda Azərbaycan həqiqətləri ilə bağlı məqalələr çap edilib.
Forumda Tarix İnstitutunun Azərbaycan Respublikası şöbəsinin aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru,dosent Alı Balayev “I Qarabağ müharibəsi və onun ağır nəticələri” mövzusunda geniş məruzə ilə çıxış edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir