AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bu gün Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçirilib.

21.10.2022 14:57

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutunda İlqar Vahid oğlu Niftəliyevin 5503.02 –“Vətən tarixi” ixtisasında tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan SSR-də milli məsələ və kadr siyasəti (XX əsrin 20-

30-cu illəri)” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

                                                                                                                                                                                                                                İctimaiyyətlə əlaqələr şöbəsi

                                                                                      © Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: