28.10.2022 12:50
Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutunda Əsgər Sücayət oğlu Əhmədin 5102.01- “Etnoqrafiya və etnologiya” ixtisasında antropologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Səfəvilər dövründə Azərbaycan xalqının mənəvi mədəniyyəti (Tarixi-etnoqrafik tədqiqat)” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
(070)2537593
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi