AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda 8 noyabr - Zəfər gün ilə bağlı “Tarixi zəfərdən Böyük qayıdışa” adlı elmi konfrans keçirilib.

05.11.2022 15:06

Əvvəlcə konfrans iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini dinlədikdən sonra, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə açan institutun baş direktoru,professor Kərim Şükürov Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən bəhs edib və Zəfər Günü münasibətilə təbriklərini çatdırdı.Kərim Şükürov qeyd etdi ki, 8 noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb. “Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi” direktor, tarixi Zəfərdən dərhal sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında doğma Qarabağın sürətli və hərtərəfli dirçəlməsinin şahidi olmaqdan böyük sevinc və qürur hissi keçirdiyini bildirdi.

Kərim Şükürov vurğulayıb ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

(+994) 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: