10.11.2022 12:32
elmi konfransda iştirak ediblər.
8-9 noyabr 2022-ci il tarixlərində Polşanın Jeşuv şəhərində Jeşuv universiteti
tərəfindən keçirilən konfransda Qafqaz regionu ilə bağlı tarixi, siyasi, iqtisadi va s.
movzularda elmi müzakirələr aparılmışdır. Konfransda Tarix institutunun baş
direktoru,t.e.d., professor Kərim Şükürov “Şuşa-Qafqazın konservatoriyası siyasi
perspektivdə”, t.e.d.,professor İradə Bağırova “Postİmperiya dövründə Cənubi
Qafqazda yeni hakimiyyətlərin və milli elitaların formalaşması(1917-1918-ci ilin I-ci
yarısı)”, t.e.d., professor Tofiq Mustafazadə “XVIII əsrdə Qarabağ xanlığının
tarixində diqqət çəkən mühüm tarixlər və hadisələr”, t.e.d., dosent Tofiq Nəcəfli
“Azərbaycan Səfəvi dövlətinin Polşa Krallığı ilə diplomatik münasibətləri tarixindən
(I Şah Abbas dövrü), t.ü.f.d.,dosent İlqar Niftəliyev “Qərbi Zəngəzurun Ermənistana
verilməsi”, t.ü.f.d.,dosent Nigar Axundova “Erməni işğalından azad edilmiş ərazilərdə
Azərbaycanın mədəniyyət abidələri məsləsinə dair”, və t.ü.f.d.,dosent Nərgiz
Axundova “Sovet ekspansiyasından sonra prometeizm ideyalarının yayılmasında
Azərbaycan-Gürcüstan əməkdaşlığı” adlı məruzələrlə çıxış etmişdilər.
Qeyd edək ki, 9 noyabr 2022-ci il tarixində Jeşov şəhərində Polşa Respublikası ilə
Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və
Azərbaycanla Polşa arasında ilk əlaqələrin qurulmasının 550 illiyinə həsr olunmuş
“Polşa-Azərbaycan münasibətləri: Tarix və Perspektivlər” xatirə lövhəsinin açılış
mərasimi keçiriləcəkdir.