AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

25 noyabr 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30 saylı Dissertasiya şurasının iclası keçirilib.

25.11.2022 15:22

Mələkxanım Məmməd qızı Hacıyevanın 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə “M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının beynəlxalq əlaqələri: inkişafı və müasir vəziyyəti (1923-2017-ci illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: