29.11.2022 14:55
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələri tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zəminə Əsgərova 26 noyabr 2022-ci ildə “Elger” Beynəlxalq Elmi-Təhsil Mərkəzi, Qars Qafqaz Universiteti (Türkiyə), Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğu, Əskişəhər
Azərbaycanlıları Dərnəyi, Dünya Azərbaycanlıları Platforması (Ankara), Turan Elçiləri Təşkilatı (Konya) və Naxçıvan Universitetinin təşkilatçılığı ilə “Çanaqqaladan Qarabağa Türkün Zəfəri” adlı XXXII Beynəlxalq Elmi Simpoziumda “Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlığı zəruri edən amillər və Şuşa
bəyannaməsi” mövzusunda məruzə ilə çıxış etmiş, beynəlxalq sertifikatla təltif olunmuşdur.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir