AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun elmi-tədqiqat şöbələri hesabat verir

02.12.2022 13:34

İnstitutun Azərbaycan Respublikasının tarixi şöbəsinin 2022 - ci il üçün hesabatı dinlənilmişdir. Hesabatı şöbənin müdiri tarix elmləri doktoru, professor Mais Əmrahov təqdim etmişdir. O, bildirmişdir ki, institutun 2021-2025-ci illər fəaliyyətinə dair iş planını rəhbər tutan Azərbaycan Respublikasının tarixi şöbəsi 2022-ci il ərzində çox ciddi elmi-tədqiqatlar üzərində işləmişdir. 15 cilddən ibarət Azərbaycan tarixi çoxcildliyinin “Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ilk dövrü (1991-1993)” (XII cild), “Azərbaycan Respublikasının Heydər Əliyev epoxası: (1993-2003)” (XIII cild), “Azərbaycan Respublikasının İlham Əliyev erası: 2003-cü ildən bizim günlərədək” (XIII cild), “Azərbaycan Respublikası II Qarabağ müharibəsi (və ya Vətən müharibəsi) dövründə” (XIV cild), “Azərbaycan Respublikası müharibədən sonrakı dövrdə” (XV cild) mövzuları üzrə müəyyənləşdirilmiş bölmələr üçün materialların toplanılması işi aparılmış, üç cilddən ibarət “Azərbaycan Respublikası tarixi” əsərinin 1 və 2-ci üzərində işlər başa çatdırılmış və çapa təqdim edilmişdir. Həmçinin, “Azərbaycanın tarixi coğrafiyası” toplusunun hazırlanması istiqamətində də zəruri işlər aparılmış, Azərbaycan Respublikasının tarixi coğrafiyasına dair materiallar hazırlanaraq təqdim edilmişdir. 2022-ci ildə şöbə əməkdaşları respublikada və xarici ölkələrdə keçirilən 9 beynəlxalq (o cümlədən xarici ölkələrdə keçirilmiş 2 konfransda) və 6 respublika konfransında müvəffəqiyyətlə çıxış etmişlər.

Hesabat dövründə şöbənin müdiri tarix elmləri doktoru, professor M.İ.Əmrahov “Məğlubiyyətdən Zəfərə (II Qarabağ - Vətən müharibəsinə aparan yol hərbi, siyasi, diplomatik və iqtisadi münasibətlərdə)” adlı monoqrafiyanı hazırlayaraq institutun 2022-ci il nəşr planına daxil edilmək üçün təqdim etmiş, şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru T.Kocayeva tərəfindən tərtib edilən Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” (Bakı: Elm və təhsil, – 2021, –288 s.,), Rəxşəndə Babayevanın “Quba şəhərinin toy adətləri (Bakı: Elm və təhsil, – 2022, -152 s.,), “Джемиль Александрович-Насыфи. История литовских татар и древняя история Азербайджана. Избранные произведения” kitabları, həmçinin AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixi (1920-1935-ci illər) (Bakı: Elm və təhsil, – 2022,- 372 s.) monoqrafiyası,

Alı Balayevin “Savalan” tarixi araşdırmalar ictimai-birliyinin xətti ilə “Azərbaycançılıq” ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri” adlı müştərək kitabı Azərbaycan və inglis dillərində çap olunmuşdur.

     

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: