AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı elmi konfransda iştirak edib.

21.12.2022 10:11

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor İkram Ağasiyev 20 dekabr 2022-ci il tarixində Moskva şəhərində Moskva Politexnik Universiteti tərəfindən təşkil edilən və SSRİ-nin yaradılmasının 100-illiyinə həsr olunan 4-cü Beynəlxalq Elmi-praktiki konfransda iştirak etmişdir.

„Sovet Sosialist Respublikalar İttifaqı tarixi-mədəni fenomen kimi:milli-dövlət quruculuğu“ mövzusunda keçirilən konfransda professor İ.Ağasiyev „1920-1930-cu illərdə Azərbaycan SSR-də yaşayan alman əhalisinin ictimai-siyasi həyatı“ adlı məruzə ilə çıxış edib.Azərbaycanlı alimin çıxışı konfrans təşkilatçıları və iştirakçıları, o cümlədən Türkiyə, Serbiya, Yunanıstan, Fransa, Rumıniya, Cənubi Koreyadan olan alimlərin marağına səbəb olmuşdur.

Konfransın yekununda məruzə və çıxışların çap olunaraq geniş ictimaiyyətə çatdırılması qərara alınmışdır.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: