AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30 saylı Birdəfəlik Dissertasiya şurasının iclası keçirilib

23.12.2022 13:54

 

1.Sevda Həmid qızı Kərimovanın 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə “Azərbaycan Respublikasında biznes mühitinin formalaşması sahəsində kitabxanaların fəaliyyəti” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

2. Elçin Gülaməddin oğlu Gülalıyevin 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə “Azərbaycan kitabxanalarının nadir və qiymətli nəşrlərinin müəyyənləşdirilməsi və elektronlaşdırılması” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdiyikləri dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

          

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: