AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda mərhum tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin "Toplumdan seçilmişə doğru. Dilavər Əzimli seçilmiş əsərləri" kitabının təqdimatı olub.

27.12.2022 09:21

Tədbiri giriş sözü ilə Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq alimin ömür yolundan, elmi fəaliyyətindən onun tarix elminə verdiyi töhfələrdən bəhs edib.

Daha sonra tarixçi alimlər, elm xadimləri,tələbələri Dilavər Əzimlinin Azərbaycan tarix elminə verdiyi töhfələrdən, həmçinin onunla bağlı xatirələrindən danışıblar.

Sonda mərhumun həyat yoldaşı Arzu Qazıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək mərhum tarixçi alimə verilən bu dəyərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki,Dilavər Əzimli 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.2021-ci il martın 3-də dünyasını dəyişib.

           

 

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: