27.12.2022 09:39
16-17 dekabr 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda elmi konfransda Azərbaycan Respublikasının tarixi şöbəsinin aparıcı elmi işçiləri Alı Balayev və Nigar Axundova, həmin şöbənin elmi işçisi olan Gülşən Kəngərlinskaya iştirak ediblər. Nigar Axundova və Gülşən Kəngərlinskaya birlikdə "erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycanın mədəniyyət abidələri məsələsi"adlı məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, məruzə konfrans təşkilatçıları və iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Sonda çıxış edənlərə sertifikatlar təqdim olunmuşdur.
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi