AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı elmi konfransda iştirak edib.

29.12.2022 11:12

26-27 dekabr 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Şuşa ilinə həsr olunmuş “Gəncə tarixinin aktual probemləri” mövzusunda Respublika Elmi konfransı keçirilib. Konfransa Bakı, Gəncə, Şəki və Lənkaran şəhərlərindəki elm və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar qatılıb.

Elmi konfransda Azərbaycan Respublikası tarixi şöbəsinin aparıcı elmi işçisi Nigar Axundova Gəncə mədəniyyəti tarixindən “XX-XXI əsrin əvvəllərində bədii-yaradıcı ziyalıların (rəssamların və heykəltəraşların) fəaliyyəti ” adlı məruzə ilə çıxış edib və Gəncə fırça ustaları Rza Məmmədov, Xalidə Səfərova, Gennadi Brijatuk, Fazil Əliyev, heykəltəraş Qorxmaz Sücəddinovun fəaliyyəti haqqında məlumat verib.

Qeyd edək ki, məruzə konfrans təşkilatçıları və iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: