AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Mərkəzi Elmi Kitabxanada “Azərbaycanda seksual qısnama: qanunvericilik və onun tətbiqi praktikası” adlı analitik hesabatın təqdimatı keçirilib.

29.12.2022 12:07

Salamlama nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova Azərbaycanın müsəlman və Şərq dünyasında qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tanındığını vurğulayıb. O bildirib ki, qadın hüquqlarının qorunması, onların cəmiyyətdə özlərinə layiq şəkildə təmsil olunması Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsas istiqamətini təşkil etmişdir. Bu gün də hər bir sahə kimi bu məsələnin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlandığını qeyd edən İ.Hüseynova ölkədə qadınların bərabər hüquq və imkanlara malik olmasını təmin edən bir çox qanunvericilik aktlarının qəbul edildiyini və bu qanunların işləmə mexanizmlərinin yarandığını əlavə edib.

Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Qadınlar Şurasının sədri Günel Aslanlı iştirak edərək zərif cinsin nümayəndələrinin elmdə üzləşdikləri çətinliklərdən danışıb.O,bildirib ki, Azərbaycan qadını tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olub.Qadınların elmdə xüsusi yeri vardır. Qadınların uğur qazanması üçün özünə inamı olmalıdır. Bu psixoloji amil çox zaman qadınların elmə gəlməsində müəyyən problemlər yaradır. Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Qadınların ciddi elmi konfranslarda iştirakı, məruzəsi, dünya səviyyəli jurallarda məqalələrlə çıxış etməsi kişilərlə müqayisədə dəfələrlə azdır. Elmi fəaliyyətlə məşğul olan qadınların əldə etdiyi elmi nəticələrin keyfiyyətinin yüksəldilməsi, tədqiqatların dərinliyinin və davamlılığının formalaşması və s. üçün ciddi sosial-siyasi, elmi-strateji və mənəvi stimullaşmaya ehtiyac vardır.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: