AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-da “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib

13.01.2023 09:48

 

AMEA Rəyasət Heyətinin inzibati binasında 10 yanvar 2023-cü il tarixdə ’’ Milli Elmlər Akademiyasının və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Konfransadan öncə Akademiyanın rəhbərliyinin iştirakı ilə rəyasət heyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə qızıl güllər düzülmüş və AMEA alimlərinin müəllifliyi ilə nəşr olunmuş əsərlərə bağlı təşkil edilmiş sərgiyə baxış keçirilmişdir.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri” mövzusunda giriş nitqi ilə açaraq AMEA-da “Heydər Əliyev İli” üzrə keçiriləcək tədbirlərə start verildiyni bildirmişdir.Konfransda iştirak edənlər arasında “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Heydər Əliyev və mətbuat siyasəti” mövzusunda, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Azərbaycanda təbiət elmlərinin və aqrar elmin inkişafında Heydər Əliyevin rolu” AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Heydər Əliyev və Azərbaycan incəsənəti”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Bir millət – iki dövlət” və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzələri dinlənilmişdir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov söz verildiyi üçün təşəkkür edərək “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlətçilik ideyaları” mövzusunda çıxış edərək bildirmişdir ki, bu tədbirin mövzusu “Heydər Əliyev İli”nə böyük tövhə verəcək və bu ilin qarşısında duran vəzifələrin reallaşdırılmasında onun əsas istiqamətlərinin müəyyən edilməsidir. Çox maraqlıdır ki, siyasi leksikonda ən çox istifadə edilən anlayışlar dövlət və dövlətçilik anlayışlarıdır.Bu anlayışların tətbiqi formal xarakter daşıyır.Ümumiyyətlə müasir dövürdə dövlət və dövlətçilik anlayışları qədər diskussiyalı olan çox az anlayışlar var.Elmdə zahirən sadə görünən məsələnin elmi cəhətdən həlli çox mürəkkəb olur.Dövlət və dövlətçilik anlayışlarıda belədir.Ona görədə bunların həm Azərbaycan dövlətçiliyinə tətbiqən,həmdə qlobal miqyasda öyrənilməsi üçün bizim yeni qaynaqlara,mənbələrə ehtiyacımız var.Ulu Öndər irsidə məhz belə bir qaynaq təşkil edir.Ulu Öndərin dövlətçilik haqqında baxışları o qədər mükəmməl və aydındır ki,mən həmin irsdən topladığım ixtibaslara heçbir şərh vermədim.Ulu Öndərin istər nəzəri,istər faktik fəaliyyətində elm çox böyük yer tutur.Dövlət anlayışı üç komponentdən ibarət olur:əhali,dövlətçilik və ərazi.Burdan aydın olur ki,dövlətçilik dövlət baxışının bir komponentidir.Dövlətçilik özü bir tərəfdən dövlətin idarə edilməsi mexanizmi digər tərəfdən dövlətin sanksiyalaşdırılmış ümumi sistemi dövlət sənətlərini nəzərdə tutur.Mən Ulu Öndərin irsi ilə tanış olan zaman heyran qaldım ki,bu məsələdə yüksək elmi nəzəri təfəkkür,yüksək elmi intuitsiya əsasında necə aydın və konsepsiyal şəkildə ümumiləşdirilib.

           

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: