AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elan

13.02.2023 11:47

  KONFRANSA DƏVƏT

“Qafqaz Albaniyası: Dini və sosial həyatı”

X Beynəlxalq konfrans

14-15 aprel 2023, Bakı

 

Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoymuşdur. Bu irsin hərtərəfli tədqiqi nəticəsində Albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Bu sahədə qazanılmış təcrübəni daha da inkişaf etdirmək, dünya Albanşünaslığının görkəmli xadimlərini bir araya gətirmək və səmərəli elmi müzakirələr təşkil etmək məqsədilə “Qafqaz Albaniyası: Dini və sosial həyatı” adlı X Beynəlxalq konfransın keçirilməsi qərara alınmışdır.

 

Konfransın əsas elmi istiqamətləri:

  • Qafqaz Albaniyasında xristianlığa qədərki dinlər
  • Qafqaz Albaniyasında xristianlıq
  • Qafqaz Albaniyası və İslam sivilizasiyası
  • Qafqaz Albaniyasında sosial həyatın xüsusiyyətləri

 

Konfransın təşkili haqqında:

Konfransın dili:  Azərbaycan, ingilis və rus

Keçirilmə formatı: Konfransın həm canlı, həm də distant olaraq keçirilməsi nəzərdə tutulur.

 

Məqalələr üçün tələblər:

Konfransda iştirak üçün məruzələrin tezisləri (500 söz həcmində) təqdim olunmalıdır.

Məqalələr 8-10 səhifə həcmində, şrift – Times New Roman, ölçü - 12, interval – 1, Annotasiya – 5-6  cümlə, Açar sözlər- 5, Ədəbiyyat siyahısı – məqalənin sonunda əlifba sırası ilə (Azərbaycan, ingilis, rus), Mətndə istinad – [Сеидова, 2023, с. 5-7].

 Məqalələr çap olunacaqdır. Təqdim olunan mövzular əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır. Təşkilat Komitəsi uyğun materialların seçilməsi hüququnu özündə saxlayır.

 

İştirakçılar üçün tələblər:

 

Məruzəçinin adı, soyadı, atasının adı, işlədiyi müəssisənin adı və vəzifəsi, elmi dərəcə və elmi adı, elektron poçt ünvanı, əlaqə nömrəsi tezisin yuxarı hissəsində qeyd olunmalı, həmçinin ORCİD kodu göstərilməlidir.

 

Önəmli tarixlər: 

 

Tezislərin təqdim edilməsi üçün son tarix: 1 mart 2023

Məqalələrin təqdim edilməsi üçün son tarix: 1 may 2023

Konfransın keçirilmə tarixi: 14-15 aprel 2023

         

Təşkilat komitəsi:

 AMEA Tarix İnstitutu

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

 Mənəvi Dəyərlərin Təbliği Fondu

 Alban-Udi Xristian Dini İcması

 

Tel.: 0 (12) 539 36 72      Mob.: 0 (50) 473 21 32

E-mail: caucasianalbania2023@gmail.com

Əlavə məlumat üçün: www.tarixinstitutu.az

 

Paylaş: