AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda elmi seminar keçirilmişdir

13.02.2023 15:34

13 fevral 2023-cü il tarixində Tarix İnstitutunda "Naxçıvanın muxtariyyəti: tarixçilərin müasir baxışı"mövzusunda elmi seminar keçirilmişdir.

Seminarda tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov məruzə ilə çıxış etmişdir. O, məruzəsində 1924-ci ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR yaradlması prosesinin əsas tarixi mərhələlərini açıqlamış, 1921-ci il Moskva və Qars beynəlxalq konfranslarının materialları haqqında ətraflı məlumat vermiş, seminar iştirakçılarını problemin mühüm aspektlərinin öyrənilməsinə işıq salan sənədlərlə tanış etmişdir.

Sonra Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor K. K. Şükürov, Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru, dosent İ.Niftəliyev, tarix elmləri doktoru, professor İ. Ağasıyev, tarix elmləri doktoru, dosent E. Mədətli, tarix elmləri doktoru, professor İ. Bağırova, tarix üzrə fəlsəfə doktoru, dosent Ş. Rəhmanzadə, tarix üzrə fəlsəfə doktoru, dosent M. Ağalarlı məruzə ətrafında cıxış ediblər. Çıxış edənlər Naxçıvanın Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətini, Naxçıvanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunmasında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin rolunu qeyd ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: