19.02.2023 21:16
17 fevral 2023-cü il tarixində Tarix İnstitutunda Ankara Universiteti “Siyasi elmlər” fakültəsinin əməkdaşı Dr. Orxan Qafarovun“Siyasi тarixdə metodoloji tədqiqatlar” mövzusunda elmi seminarı təşkil olunmuşdur.
Orxan Qafarov məruzəsində tarixin nəzəriyyəsi, tarix nədir mövzusunda danışaraq, SSRİ dövründə tək Azərbaycanın deyil, ümumiyyətlə Qafqazın tarixinin yazılmasında da çox ciddi təhriflər olduğunu bildirmişdir.
Sonra Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor K. K. Şükürov, tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, tarix elmləri doktoru, professor İradə Bağırova, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Əhmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Rəhmanzadə məruzəçiyə suallar verərək mövzu üzrə çıxış ediblər.